Özcan Dəniz keçmiş həyat yoldaşı tərəfindən şiddətə məruz qalıb - İDDİA

Özcan Dəniz keçmiş həyat yoldaşı tərəfindən şiddətə məruz qalıb - İDDİA
Türkiyəli müğənni Özcan Denizlə keçmiş həyat yoldaşı Feyza Aktan yenidən gündəmə gəlib.
 
Sfera.az xəbər verir ki, cütlük haqqında inanılmaz iddia irəli sürülüb. Bu dəfə ifaçının övladı ilə bağlı problem yaşadığı bildirilib. Belə ki,  iddiaya görə, Özcanın oğlu Kuzeyin məktəbindən müğənniyə zəng gəlib və övladının dərsdə iştirak etmədiyini söyləyiblər. Ardınca Özcan keçmiş həyat yoldaşının evinə gedərək oğlunun ev geyimində olduğunu görüb. Cütlük arasında mübahisə yaranıb. Oğlu atasının yanına getmək istəyəndə isə Feyza əsəb keçirib. Özcana şillə atan gənc qadın, həm də müğənninin paltarını parçalayıb. Evdən çıxmaq istəyən oğlunun isə qolundan tutaraq çəkib və uşaq yerə yıxılaraq başını daşa vurub.
 
Davaya görə, polis mərkəzinə gedərək baş verənlərdən şikayətçi olan Özcan Deniz, həmçinin keçmiş baldızı Eda Aktanın da onu təhqir etdiyini bildirib. İddialar bu istiqamətdə olsa da, hər iki tərəfdən açıqlama gəlməyib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...