Özbəkistan vətəndaşı Bakıda həyat yoldaşını öldürdü
Kriminal
11:22 / 31.07.2021
1137
İyulun 30-u saat 19 radələrində Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sfera.az-a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Elçin Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.