Zaxarovanın bəyanatın şərtləri ilə bağlı sözləri kimlərə mesaj idi? - ŞƏRH

Zaxarovanın bəyanatın şərtləri ilə bağlı sözləri kimlərə mesaj idi? - ŞƏRH
Xəbər verdiyimiz kimi, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, Moskva Qarabağdakı vəziyyətin nizamlanmasına dair üç ölkə lideri arasında imzalanan bəyanatın şərtlərinin icrasında durğunluq, bəzən isə şərtlərin yerinə yetirilməsində təhrif hallarını sezir.
 
Görəsən, Zaxarovanın bu mesajı kimlərə və nə üçün göndərilib?

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Natiq Miri bildirdi ki, Rusiya XİN sözçüsünün bu mesajı Vaşinqtonla Parisə ünvanlanıb:    

"Rusiya XİN rəsmisinin dediyi bu sözlər bəyanatı imzalayan tərəflərə aid deyil.  Bəyanatı imzalayan tərəflərdə sazişin icrası istiqamətində durğunluq müşahidə olunmur. Atəşkəsə tam əməl edilir. Ermənistan qoşunları Ağdamdan tamamilə çıxarılıb. Noyabrın 25-də Kəlbəcəri də tamamilə tərk etməlidirlər. Ümumilikdə dekabrın 1-dək bütün işğalçı qoşunlar ərazilərimizdən çıxacaq.

Zaxarovanın mesajı daha çox ATƏT-in digər həmsədrləri olan Fransa və ABŞ-a yönəlib. Fransa və ABŞ tərəfindən bu yöndə müəyyən narahatlıq və məyusluq var. Prosesdən tamamilə kənarlaşdırılan  Vaşinqtonla Paris bu vəziyyətlə barışmaq istəmir və özlərini bir növ alçaldılmış kimi hiss edirlər. Görünür bu yöndə Rusiya rəsmisinə ciddi etirazlar da çatdırılıb. Son zamanlar Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri tərəfindən həqiqətən də üçtərəfli sazişlə bağlı bəzi təhrif olunmuş açıqlamalar verilir”.

N. Mirinin fikrincə, bu iki ölkə belə təhriflərə yol verməklə dolayısıyla yenidən prosesdə yer almağa can atırlar: 

"Məqsəd də odur ki, prosesə qoşulmaqla danışıqları uzatsınlar. Bununla da nəticə etibarı ilə Dağlıq Qarabağa özünü idarəetmə yönündə müəyyən status qazandırmağa çalışırlar. Məhz bu səbəbdən proses ətrafında müəyyən təhriflər, şantajlar hiss olunur. Fransa Senatı hətta Dağlıq Qarabağı tanımaqla bağlı müzakirəyə qətnamə layihəsi təqdim edib. Hər halda prosesin gedişində bu cür təhrif və şantajların olacağı gözlənilən idi”.

Elçin
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...