Zaxarova Ukraynanın xanım nazirini “təxribatçı” adlandırdı
Dünya
15:18 / 22.05.2019
1928
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın səhiyyə naziri Ulyana Suprunun rəsmi Moskvanın BMT-nin Təhlükəsizlik Şurasından (TŞ) qovulması barədə çağrışına münasibət bildirib.
M.Zaxarova xanım naziri milliyətçi və rusofob adlandırıb.
"Milliyətçi, rusofob, əsl təxribatçı. O, Rusiyadan çox, Ukrayna xalqına zərər verdi”, -deyə Zaxarova bildirib.
Azvision.az qeyd edir ki, Ukraynanın Səhiyyə naziri Ulyana Suprunun fikrincə, BMT Rusiyanın TŞ-da üzv olmasına dözməməlidir. Üzv ölkələr və digər beynəlxalq təşkilatlar Qərbin hesablarını dolduran Rusiya pullarına "yox” deməlidir, yoxsa onlar Kremlin əsiri olmaq riski ilə üzləşə bilərlər.