Zaxarova: Son ana qədər ümid etdik

Zaxarova: Son ana qədər ümid etdik

Biz heç vaxt ikitərəfli münasibətlərin pisləşməsinə çalışmamışıq.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

ABŞ-ın rusiyalı diplomatları ölkədən çıxarmaqla bağlı qərarını xatırladan Zaxarova 35 diplomatın ölkəni tərk etməsi üçün onlara cəmi 72 saat verildiyini bildirib.

"Rusiya tərəfi ilk 7 ay ərzində cavab tədbirləri üçün gözlədi. Bu müddətdə danışıqların bir neçə mərhələsi keçirildi. Konstruktiv danışıqlardan nəticə əldə olunmadığını gördükdə isə diplomatları qovmaq əvəzinə ABŞ-a diplomatik personalın sayının Rusiyanın ABŞ-da fəaliyyət göstərən diplomatlarının sayına uyğun şəkildə azaldılmasını istədi. Biz sadəcə cavab tədbirləri gördük, son ana qədər tərəfdaşlarımızın sağlam düşünməsinə ümid etdik”, - Zaxarova çıxış edib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR