Zaur Baxşəliyev Rəmiş barədə: \"Heç yüngül günü olmadı, bəlkə də...\"

Zaur Baxşəliyev Rəmiş barədə: \
"Bəzən deyirlər "filankəsin ağır günü”, Rəmişin heç yüngül günü olmadı”.
 
Sfera.az xəbər verir ki, bunu aparıcı Zaur Baxşəliyev deyib. O, bildirib ki, Gülü Rəmişin əsgəri olub, ona ömürlük xidmət edib:

"Buna görə Gülüyə "çox sağ ol” deyən tapılmadı. Bəlkə heç Rəmişin də alınyazısı yox idi. Rəmiş sadəcə nəfəs alırdı, sanki Allah da ondan əlini üzüb Gülüyə həvalə eləmişdi. Gülü bu həyatın "ədaləti”dir. Allah səndən razı olsun yetər.

Ağ ölümün əlindən Rəmişi alan Gülü, indi səni korona ilə hədələyirlər?  Onsuz da Rəmiş bu dünyada rahat yata bilmədi, imkan verək, heç olmasa o dünyada rahat yatsın”.

Qeyd edək ki, uzun müddətdir səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranan Rəmiş bir neçə gün bundan əvvəl vəfat edib.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR