Zaur Baxşəliyev: “Bunun üçün qadınlarınızı əxlaqsız çıxarırsınız”

Zaur Baxşəliyev: “Bunun üçün qadınlarınızı əxlaqsız çıxarırsınız”
"DNT analizi edin deyirlər. Nəyə verək? Bilirsiz neçəyədir? 2000-2500 manatdır analiz. Bilmirsiniz uşaq sizindir, ya yox? Nə asandır insanları ləkələmək. Aliment verməmək üçün qadınlarınızı əxlaqsız çıxarırsınız. Ayıb deyil?”.

Sfera.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən” proqramında deyib. Həyat yoldaşını əxlaqsız adlandıran kişiyə əsəbləşən aparıcı bunları qeyd edib:

"Camaatın qızını alıb aparanda, belinə qırmızı bağlayıb toy edəndə bilmirdin kimdir? Elə bilirlər DNT analizi asandır. Qadınlarınıza niyə ləkə yaxırsınız? Pis idi zamanında ayrılardın, toy günü gətirib anasının qapısına qaytaraydın ki, salamat qız böyütməmisən. Əsəbiləşirəm insanların əlindən, ata gəlib 100 manat verməmək üçün deyir, qadın pozğundur, əxlaqsızdır. Camaat iki gündür küçədə tanış olduğunu qoruyur. Siz bir yastığa baş qoyduğunuz, uşaq dünyaya gətirən qadına ləkə yaxırsınız? Əvvəl bu sözü işlədən kişi gedib özünü öldürərdi. Adamlar var ki, nələr xərcləyir, hər şeyini satır verir ki, uşağım olsun. Bəziləri isə qəbul etmir”.
 
(Axsam.az)

OXŞAR XƏBƏRLƏR

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...