Zaur Axundov:" Komandanın bu durumu böhrandır"- MÜSAHİBƏ

Zaur Axundov:
"Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sfera.az həmin müsahibəni sizə təqdim edir:

-  Bu gün komandanız məğlub oldu. Bir xal qazanacağınıza inamınız var idi?

- Bunu sürpriz saymaq olmazdı. İkinci hissədə komanda 0 səviyyəsində  nəticə göstərdi. Birinci hissədə elə də pis oynamadıq. Nə isə gözləmək olardı. İkinci hissədə isə komanda tam dayandı. Bununla da bağlı danışacağıq. Həm də "Qarabağ”ın səviyyəsi öz sözünü dedi.

- Çıxış yolunu nədə görürsünüz? Nəyə görə "Keşlə” hazırkı durumdadır? Komandada legionerlərin də sayı kifayət qədərdir. 

- Biz özümüz də çalışırıq. Futbolçuların heç bir problemi yoxdur. Nə maaş, nə də baza ilə bağlı. Elə bir tutarlı səbəb yoxdur ki, çatışmazlıq olduğunu deyim. Bu qara zolaqdır. Futbolçularla görüşürük, söhbət edirik.

 
- Bəs, futbolçular bu uğursuzluğun səbəbini  nədə görür? Sizinlə söhbətdə buna cavab verə bilirlər?

- Xeyr. Dəyişikliyin olacağını deyirlər. Birinci hissədə yaxşı oynayırlar, amma ikinci hissədə alınmır. Nə mən, nə də baş məşqçi bunun sirrini tapa bilmir.

- Bəlkə, arxayındırlar ki, komanda Premyer Liqada qalacaq, diviziona düşməyəcək?

- Elə bir arxayınlıq yoxdur.

- Sona 3 tur qalıb. Nəyə ümüd edirsiniz?

- Bu futboldur. Son pillədəyik. Təbii ki, maksimum xal qazanmaq lazımdır. Bu oyunun araşdırması da olacaq, görüşəcəyik. Mən özüm də komandadan kənarda qalmıram. Demək olar ki, məşqlərdə də hər gün iştirak edirəm. Özləri də bilirlər ki, turnir cədvəlində sonuncuyuq. Bu kuluba yaraşmayan bir yerdir. Təbii ki, istəməzdik belə olsun. Var gücümüzü qoyub bu komandanı bu böhrandan çıxarmalıyıq.

- Ümidünüz var ki, MOİK-in Premyer Liqaya qalxması ilə komanda sayı 10-a kimi artırılacaq, yoxsa diviziona düşəcəyinizi düşünürsünüz? 

- Hazırda bu barədə düşünmürəm. Ötən il Azərbaycan kubokunu əldə edən komandanın bu vəziyyətdə olması böhrandır. Yenə də futbolçularımızda istək var, çalışırlar. Müəyyən oyunlarda bəxtimiz də gətirmir. Hansı ki, 100 faizlik imkanlardan istifadə edə bilmirik. Hazırda fikrimiz son 3 oyunda maksimum xal əldə edib son pilləni tərk etməkdir.

- Bəs, komanda sonuncu pilləni tərk etməsə, nə baş verəcək, necə olacaq, hansı dəyişikliklər olacaq? 

- Bilirsiniz, mən əvvəldən proqnoz vermirəm. Təbii ki, çempionatdan sonra  müəyyən qərarlar qəbul olunacaq. Dəyişikliklərin olunması istisna deyil.  Baş məşqçi və məşqçilərlə də söhbətimiz olacaq. Lakin hələlik fikrimiz sonuncu pillədən qurtulmaqdır. 

- Hər zaman futzalda istər "Araz”, istərsə də milli ilə komandanız nəticə verirdi. Ən azından Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanırdınız. "Keşlə”dəki bu məğlubiyyətlər sizi böyük futboldan iyrəndirmir?

- Xeyr. Təbii ki, mənə ağır gəlir. Bilirsiniz ki, mən  10 ildən artıqdır futzaldayam. 2008-2009-cu illərdən bəri futbol ictimaiyəti də öyrəşib ki, həm "Araz” həm də milli komanda nəticə versin. Futboldur, burada qələbə də olur, məğlubiyyət də. Lakin biri var oynayıb məğlub olasan, biri də var  mübarizəsiz. Mən paltardəyişmə otağında da futbolçulara bu sözü dedim. Rəqib "Qarabağ” idi təbii ki. Bu komandanın səviyyəsi bizim komandamızdan artıqdır, çempionluğa oynayırlar. Məğlub olmaq olar, amma mən ikinci hissədə futbolçularımızda əzmkarlıq, istək görmədim. Bu mənə uduzmaqdan daha çox təsir etdi.

OXŞAR XƏBƏRLƏR

Bu şəhərə giriş PULLU OLACAQ - Səhər saat 08:30-dan...

Sabahdan etibarən İtaliyanın turizm şəhəri olan Venesiyaya gündəlik giriş haqları alınacaq.   Sfera.az bildirir ki, gündəlik ziyarətlər üçün bi...

Sabah 31 dərəcə İSTİ OLACAQ

Aprelin 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə AZALIR

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan “Counterpoint”in məlumatına görə, Çində “Apple”nin məhsullarına tələb xeyli azalıb. ...

Sadır Japarov Azərbaycana dövlət səfərinə GƏLDİ - YENİLƏNDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az xəbər verir ki, hər iki ölk...

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...