“Zatını bilməyən oğuldan kişi çıxmaz” – Keçmiş icra başçısı

“Zatını bilməyən oğuldan kişi çıxmaz” – Keçmiş icra başçısı

"Əsrlərin sınağından çıxmış Azərbaycan və Türkiyə qardaşlığı bu gün dünyada hamı üçün örnəkdir”.

Sfera.az xəbər verir ki, bunu keçmiş deputat və icra başçısı Vaqif Abdullayev deputat Araz Əlizadənin türklər və Nuru Paşa haqda səsləndirdiyi ittihamlara münasibət bildirərkən deyib. Onun mövzu haqda fikirlərini təqdim edirik:

""Millət vəkili” Araz Əlizadənin bir neçə gün əvvəl TV-də türklərlə bağlı səsləndirdiyi fikirlər hələ də cəmiyyətdə ağır təpki, haqlı narazılıqla qarşılanmaqdadır. Onun Qafqaz İslam Ordusunun komandanı, bütün türk dünyasının qürur və fəxr ünvanı qəhrəman Nuru Paşanın Azərbaycanda pul müqabilində döyüşməsi və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmaması barədə fikirlərinə ölkəmizdə və Türkiyədə yaşayan türklər tərəfindən sosial mediada da ciddi etiraz gəlməkdədir.

Araz əlizadədən bundan artığını gözləmək də olmazdı. Onun Azərbaycanın müstəqillik əldə etdiyi ilk günlərdən başlayaraq dövlətimizin milli maraqlarına, suverenliyinə qarşı xəyanətkar mövqeyi olan və erməni separatizminə haqq qazandıran Leyla Yunus, Arif Yunus, Arzu Abdullayeva kimi zatı və qanı xarab olanlarla birgə fəaliyyətini heç kim unutmayıb. 

Bu gün Amerikadakı erməni lobbisinin süfrəsindən qidalanan yunuslara, əlikramlara olan sevgisini ürəyində yaşadan Araz Əlizadələrin türkə, türkçülüyə, milliliyə münasibəti PKK-nın, ASALA-nın mövqeyidən heç də fərqlənmir. Onun bu mövqeyi erməni terrorbaşı Qaregin Njde ləqəbli Qaregin Ter-Arutyunyanı tərif edən Paşinyanın mövqeyinə daha yaxındır.

Azərbaycan və Türkiyə türklərini qan bağlılığı, genetik kod birləşdirir. Əsrlərin sınağından çıxmış türk qardaşlığı bu gün dünyada bir örnəkdir. Azərbaycan və Türkiyənin zəngin tarixində, minillər tarixi olan hər qayasının, hər daşının üzərinə qardaşların hopmuş qanı vardır.

Tarixə qızıl hərflərlə həkk olunmuş 15 sentyabr Azərbaycanın şərəf tarixidir, zəfər bayramıdır. Nuru Paşanın igid əsgərləri ötən əsrin əvvəllərində öz qardaşlıq borclarını necə şərəflə yetirə yetirmişdilərsə, Çanaqqalada şəhid minlərlə azərbaycanlı öz can borcunu ödəmişdir.

Hər bir azərbaycanlı Türkiyədə və dünyada yaşayan bütün türkləri özünün qardaşı hesab edir, özünün qanı-canı bilir. Hər iki ölkə kədərini özünün kədəri, sevincini sevinci hesab edir. Prezident İlham Əliyevin çox dəqiq və möhtəşəm şəkildə ifadə etdiyi kimi "Türkiyənin uğuru Azərbaycanın uğurudur. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır”.

100 il əvvəl olduğu kimi bu gün də Azərbaycan və Türkiyə ordusu bir yerdədir, birgə təlimlər keçirlər, çiyin-çiyinə düşmənə qarşı mübarizliyini, əzmkarlığını nümayiş etdirir.

Türkün heç vaxt nankora, satqına ehtiyaca olmayıb, araz əlizadə kimilərinə də əsla kiminsə ehtiyacı yoxdur. Biz türklər öz milli mənsubluğumuzla fəx edirik.

Tarixini bilməyən xalq, tərcümeyi-halını bilməyən insana bənzəyər. Zatını bilməyən oğuldan kişi çıxmaz. Hələ də öz milli mənsubiyyətini tapa bilməyən araz əlizadə neçə ildir ki, ortaya nifaq salmağa çalışan qardaşlarının mahnısını ifa etməyə çalışır. Ancaq böyük şairimiz Fikrət Sadığın dediyi kimi, "biri elə çalır, biri belə çalır, biri də elə - belə çalır”. araz əlizadə də beləsindəndir.

Gərək hər kəs bildiyi mövzudan danışsın, bu zavallılar başa düşmürlər ki, bilmədiyi şeydən danışanda üfunətləri ətrafı bürüyür”.(yeni sabah)


OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...