Zaqatalada tikinti aparılan ərazidə qumbara tapıldı

Zaqatalada tikinti aparılan ərazidə qumbara tapıldı
Zaqatalada tikinti aparılan ərazidə qumbara tapılıb.

Sfera.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala şəhəri H.Əliyev prospekti, ev 69 ünvanında baş verib. Həmin ünvanda qazıntı işləri aparan zaman torpağın 3-4 metr dərinliyindən paslanmış vəziyyətdə olan qumbara tapılıb.

Əraziyə rayon hüquq-mühafizə orqan və müvafiq qurumların əməkdaşları cəlb edilib. İlkin araşdırma zamanı qumbaranın ötən əsrin ortalarında və daha əvvəl istehsal olunduğu vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.
 
(APA)

OXŞAR XƏBƏRLƏR