Zaqatalada alban kilsəsi dağıdılır: Deputat və Əbülfəs Qarayevdən isə reaksiya yoxdur - FOTOLAR+VİDEO

Zaqatalada alban kilsəsi dağıdılır: Deputat və Əbülfəs Qarayevdən isə reaksiya yoxdur - FOTOLAR+VİDEO

Qədim Alban mədəniyyəti Azərbaycanın maddi-mənəvi sərvətləri içərisində mühüm və özünəməxsus yer tutur. Təəssüf hissiylə qeyd olunmalıdır ki, biz tariximizin bir parçası olan Alban mədəniyyətinə sahib çıxmadıqca mənfur düşmənlərimizə yeni fürsətlər vermiş oluruq.


Sfera.az xəbər verir ki, ermənilərə belə bir fürsət Zaqatala rayonunda verilib. Bu haqda sosial şəbəkələrdə tanınmış jurnalistlər - Yeganə Həsənova və Günay Arda həyacan dolu paylaşımlarla məlumat veriblər. Həmin məlumatlarda bildirilir ki, Zaqataladakı alban memarlığına məxsus tikililərin baxımsız qalması kimsəni narahat etmir. Nə Mədəniyyət naziri Əbülfəs Qarayev, nə də Zaqataladan deputat olan Elşən Musayev baş verənlərlə bağlı səslərini çıxarmır.


İndi isə Yeganə Həsənovanın sözügedən paylaşımına diqqət yetirək: "Dostlar, bura Zaqataladır. "Pəri qala”dan sonra uçulub dağılan bu məbədsə Alban tariximizə aiddir, hansı ki, bu gün o ot basmış, uçulmuş, bilərəkdən dağıdılmış və diqqətdən kənarda qalmış olmamalıydı!! Turizm potensialımız bu qədər yüksək olduğu halda biz ona necə münasibət göstəririk? indi soruşsam Turizm Agentliyi məsələni Mədəniyyət Nazirliyinə yönəldəcək. Nazirliyin də abidələrə münasibəti barədə elə yetkili şəxslərlə dəfələrcə söhbət etmişik, amma... ? Şəxsən bu abidəni belə bərbad vəziyyətdə görəndə məni ağlamaq tutdu. Axı bu mənim ölkəmin, dövlətimin qədim tarixidir. Niyə ona sahib çıxmaq istəmirik?!”


Gunay Arda isə Zaqataladkı rüsvayçılığa qısa şəkildə belə reaksiya verib: "Bu kilsə tariximizin bir parçasıdır. Fotolar Zaqatalada çəkilib. Mən, sadəcə utanıram”.


Sonda müvafiq dövlət qurumlarının məsələyə reaksiya verəcəyinə ümüd edirik. Arzulanan isə həm də odur ki, Zaqatalanın nə işlə məşğul olduğu bilinməyən deputatı Elşən Musayev və rəhbərlik etdiyi nazirliyi korrupsiya yuvasına çevirmiş Əbülfəs Qarayevdən də səs çıxacaq.






OXŞAR XƏBƏRLƏR

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...