Zaqatalada 61 yaşlı kişi dəm qazından boğularaq ölüb
15:45 / 10.01.2020
6407
Zaqatalada 61 yaşlı kişi dəm qazından boğulub.
Sfera.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Çökək kəndində qeydə alınıb. Kənd sakini, 61 yaşlı Ömərxan Mollamohuma oğlu Makarovun meyiti yaşadığı evin vanna otağında aşkar edilib. Onun dəm qazından boğularaq öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır. (apa)