Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavinini təltif etdi
18:22 / 27.09.2021
904
Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dere Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.
Sfera.az-ın xəbərinə görə, bununla bağlı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
M.Dere bu medala Azərbaycan Ordusu ilə uğurlu əməkdaşlıq etdiyinə görə layiq görülüb.