Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşdü
12:06 / 03.12.2020
1362
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.