No Image
No Image

Zakir Həsənov erməni təxribatlarının qarşısının alınması ilə bağlı TAPŞIRIQ VERDİ

Zakir Həsənov erməni təxribatlarının qarşısının alınması ilə bağlı TAPŞIRIQ VERDİ
Bu gün Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirə zamanı nazir Zakir Həsənov müharibə hazırlığından danışıb.

Sfera.az xəbər verir ki, Z.Həsənov çıxışında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səsləndirdiyi "Artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq” fikirlərini müşavirə iştirakçılarına çatdırıb.

Zakir Həsənov şəxsi heyətin mənəvi-psixoloji və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinin vacibliyini qeyd edib.

Nazir döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsini tapşırıb.

Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar komandir-rəis heyətinə göstərişlər verib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kəlbəcərdəki təxribat nəyə işarədir? - Tezliklə bu mesaj veriləcək

Ermənistan silahlı qüvvələri yenidən təxribata əl ataraq sərhəddə vəziyyəti gərginləşdirib. Belə ki, ötən gün düşmən tərəfi Azərbaycan Ordusunun Ermənistan-Azər...

“Vüqar Səfərlinin məhkəməsində Əli Həsənov da dindirilməlidir" - Baş redaktor

"Vüqar Səfərlinin məhkəməsində Əli Həsənov da dindirilməlidir". Sfera.az bildirir ki, bunu Konkret.az-ın baş redaktoru Fadil Paşayev deyib. Onun sözlərinə...

"Putin hərəkətə keçəcək, yeni müqavilə imzalanacaq" - Erməni təxribatının sonu necə olacaq?

Xəbər verdiyimiz kimi ötən gün Ermənistan tərəfi atəşkəsi yenidən pozub.    Erməni təxribatı nəticəsində bir hərbi qulluqçumuz şəhid olub.  ...

Fransa prezidenti Azərbaycana nə üçün gəlir? - "Ermənistanda dediklərini Azərbaycanda desə..."

Xəbər verdiyimiz kimi Fransa prezidenti Emmanuel Makronun Ermənistandan sonra Azərbaycana rəsmi səfəri planlaşdırılır.   Fransa ilə Azərbaycan arasınd...

Genarallar yeni vəzifəyə təyin edildi - Müdafiə Nazirliyində yeni kadr təyinatları

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularının ali zabit heyəti vəzifələrinə təyin edilməsi haqqında sərənca...

Prezident bu ölkələrə yeni səfirlər TƏYİN ETDİ

  İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Sfera.az-ın məlumatına görə, Prezid...