Zakir Həsənov Azərbaycanın İrandakı səfirliyində oldu - FOTOLAR

14:31 / 26.01.2022
474
İranda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın bu ölkədəki səfirliyini ziyarət edib.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik Z.Həsənov səfirliyin inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.