Zakir Fərəcov Sumqayıtı helikopterlə dezinfeksiya etdirəcək? – AÇIQLAMA
16:55 / 12.03.2020
4725
Sosial şəbəkələrdə Sumqayıt şəhərinin axşam saatlarında helikopterlər vasitəsilə dezinfeksiya ediləcəyinə dair məlumatlar yayılıb.
Sfera.az bildirir ki, Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, sosial şəbəkələrdə yayılmış bu məlumatlar həqiqəti əks etdirmir:
"Koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar şəhər ərazisində yerləşən inzibati binalar, məktəb və ali təhsil müəssisələri, xəstəxanalar, bağçalar və yaşayış binaları davamlı şəkildə dezinfeksiya olunur. Şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri də hər günü dezinfeksiya edilir”. (apa)