Zabratda mübahisənin sonu qanla bitdi

Zabratda mübahisənin sonu qanla bitdi

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.  

Sfera.az xəbər verir ki, hadisə Zabrat 1 qəsəbəsində qeydə alınıb.  

1988-ci il təvəllüdlü Cəfərov Emin Ənvər oğlu tanıdığı şəxslə mübahidə zamanı bıçaqlanıb.  

 

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.  

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. (oxu.az)


OXŞAR XƏBƏRLƏR