“Zabit Samedov Fight Club” koronavirusla mübarizəyə pul ayırdı
16:55 / 27.03.2020
7998
"Zabit Səmədov” döyüş məktəbi Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım edib.
Məktəb "COVİD-19"la mübarizəyə dəstək məqsədilə fonda 5 000 manat məbləğində vəsait köçürüb.
Məlumat üçün bildirək ki, döyüş məktəbinin təsisçisi K1 döyüş ustası , "Mauqli” ləqəbli idmançı Zabit Səmədovdur.