Öz ölüm tarixini dəqiqliklə demiş kahinin 2022-ci il PROQNOZLARI
13:45 / 23.12.2021
3863
16-cı əsrdə yaşamış, öz öləcəyi günü bilən
fransız kahin Nostradamusun 2022-ci illə bağlı proqnozları gündəm olub.
Sfera.az bildirir ki, kahin üzümüzə gələn ildə
dünyada iqtisadiyyatının çökəcəyini, sosial-siyasi proseslərin nəzarətdən
çıxacağını və bunun milyonlarla insanlara təsir edəcəyini deyib.
Onun ilk kəhanəti Yerlə meteroidin toqquşması
ilə bağlıdır. NASA bu hadisənin baş vermə tarixi kimi 2021-ci ilin sonunu işarə
etsə də, Nostradamusun iddiasına görə, 2022-ci ildə Yerə meteor düşəcək. O,
uzun qığılcım cığırından danışıb və bu da təkcə asteroidlər deyil, həm də zəlzələlər
və sunamilər deməkdir.
Məşhur kahinin növbəti proqnozu süni
intellektlə əlaqəlidir. O, 2022-ci ildə bu sahədə inanılmaz irəliləyişin baş
verəcəyini açıqlayıb. Kahinin fikirlərinə əsasən, kompüterlər və robotlar bu il insanları ələ
keçirəcək və yavaş-yavaş dünyaya hakim olmağa başlayacaq. Nostradamus həmçinin əlavə edib ki, 2022 ildə
dünyada büyük bir partlayış yaşanacaq və bu, iqlim dəyişikliklərinə səbəb
olacaq.
Günay Rəsulqızı