Yuxusuzluqdan əziyyət çəkənlərin diqqətinə...

Yuxusuzluqdan əziyyət çəkənlərin diqqətinə...

Bolqar bibərinin vətəni Amerikadır. Bolqar bibərini digər ölkələrdə "şirin bibər" adlandırırlar.

Sfera.az axar.az-a istinadən bildirir ki, bolqar bibərinin bir çox sortları mövcuddur, onlar bir-birindən rəng (sarıdan qəhvəyiyə kimi) və forma ilə seçilir. Bu bibər ən faydalı tərəvəzlərdən biri sayılır. Vitaminlər, minerallar, qidalı liflərlə zəngin olan bu dadlı tərəvəzdə olduqca az kalori var ki, bu səbəbdən bibər bir çox pəhrizlərə daxil edilir.

- Bibər B qrupu vitaminlərlə zəngindir ki, bu xüsusiyyət onu sinir sistemi üçün çox faydalı edir. Stress, depressiya, nevrozlar, yuxusuzluqdan əziyyət çəkən insanların menyusunda bu tərəvəz daim olmalıdır. Həmçinin bibər yaddaşı və diqqəti yaxşılaşdırır.

- C vitamini ilə zəngin olan bolqar bibəri immun sistemini möhkəmləndir.

- Qırmızı bolqar bibərinin tərkibində "likopin" maddəsi var ki, bu maddə xərçəngin inkişafına mane olur.

- Bolqar bibəri (xüsusilə qırmızı növləri) qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı çox faydalıdır.

- Bibərin tərkibində olan A vitamini və sink insanın dərisinin və saçların vəziyyətinə olduqca çox müsbət təsir edir. Bu səbəbdən gözəl dəri və saçlara sahib olmaq üçün tez-tez bibər yeyin.

- Bibər mədə və mədəaltı vəzi üçün çox faydalı sayılır.

 

- Bibər ürəyin fəaliyyətinə müsbət təsir edir - ödemləri azaldır, təzyiqin tənzimlənməsinə kömək edir, qanı duruldur, damarlarda trombların əmələ gəlmə riskini azaldır.

- Tərkibində çoxlu miqdarda C və P vitaminləri və "rutin" maddəsi olan bibər qan damarlarının cavanlığını qoruyur, damarları daha möhkəm və elastik edir.

- Bolqar bibəri şəkərli diabet xəstələri üçün çox faydalıdır.

- Qidalı liflərlə zəngin olan bolqar bibəri bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır, qanda "pis" xolesterolun səviyyəsini aşağı salır.

Bolqar bibəri çiy vəziyyətdə yemək daha yaxşıdır. Bişirilmə zamanı bibər bir çox faydalı xüsusiyyətlərini itirir.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...