No Image

"Yuventus" yeni baş məşqçi axtarışına start verdi

 İtaliya "Yuventus"unun rəhbərliyi baş məşqçi Mauritsio Sarrinin istefaya göndərilməsini nəzərdən keçirir və onun yerinə namizəd axtarışları ilə məşğuldur. 

Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin taleyi komandanın Çempionlar Liqasındakı çıxışından daha çox asılı olacaq. Turin klubu rəsmilərinin prioritet variantı Zinəddin Zidandır. Lakin Zidan İspaniya "Real Madrid"ini tərk etməyi planlaşdırmır. "Qoca Sinyora"nın qısa siyahısında Maurisio Poçettino və Simone İnzagi də yer alıb. 

Qeyd edək ki, Mauritsio Sarri "Yuventus"a 2019-cu ilin yayında baş məşqçi təyin olunub. O, komanda ilə A Seriyasının qalibi olub. Sarrinin hazırkı müqaviləsi 2022-ci ilin iyununadəkdir. Daha əvvəl "İnter"in baş məşqçisi Antonio Konte "Yuventus"a qayıdacağına dair şayiələri təkzib edib. 

OXŞAR XƏBƏRLƏR