“Yuventus” Marselonu istəyir

“Yuventus” Marselonu istəyir

İspaniyanın "Real” klubunun futbolçusu Marselo karyerasını İtaliyada davam etdirə bilər.

Sfera.az-ın apasport.az-a istinadla  məlumatına görə, "Yuventus” braziliyalı müdafiəçinin xidmətində maraqlıdır.

Hələ ötən yay Marselonu komandasında görmək istəyən baş məşqçi Maurisio Sarri yenidən rəhbərliyə bu futbolçunun alınmasını təklif edib. Mütəxəssis Aleks Sandronun çıxış etdiyi mövqenin gücləndirilməsini zəruri sayır. Marselo isə onun üçün ideal variantdır. Braziliyalının "Real”la hələ iki illik müqaviləsi qalsa da, Madrid təmsilçisi onu satmağın əleyhinə deyil.

 

Qeyd edək ki, bir müddət əvvəl "Yuventus”un ulduz hücumçusu Kriştianu Ronaldonun da sabiq komanda yoldaşını "ağ-qaralar”ın heyətində görmək istədiyi barədə xəbər yayılıb.


OXŞAR XƏBƏRLƏR