“Yura” ləqəbli narkotacir tutuldu

“Yura” ləqəbli narkotacir tutuldu
 

Hacıqabulda "Yura” ləqəbli narkotacir saxlanılıb.

Sfera.az xəbər verir ki, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

Rəncbər kənd sakini, 1989-cu il təvəllüdlü Şiraliyev Şahin Şiralı oğlunun üzərinə baxış zamanı ondan 2 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Keçirilmiş əməliyyat istintaq hərəkətləri zamanı məlum olub ki, Ş.Şiraliyev narkotik vasitəni pul müqabilində əvvəllər Cinayət Məcəlləsinin 234.2, 93.1.4 və 226-cı maddələri ilə  məhkum olunan, kriminal aləmdə "Yura” ləqəbi ilə tanınan Hacıqabul şəhər sakini, 1977-ci il təvəllüdlü Əkbərov Yusif Həsən oğlundan alıb. Sonuncu saxlanılarkən üzərinə baxış zamanı ondan 2 bükümdə satış üçün qablaşdırılmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən araşdırma aparılır.

(unikal.org)

OXŞAR XƏBƏRLƏR

Azərbaycan vətəndaşı Gürcüstanda qətl törədib

 Gürcüstanın Dmanisi rayonunda qətl törədilib. Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.   ...

BDYPİ: Ötən gün karantin qaydalarını pozan 1403 nəfər məsuliyyətə cəlb edilib

  Ötən gün karantin qaydalarını pozan 1403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşı...

Azərbaycanda DƏHŞƏT: Qardaş qardaşı güllələdi

 Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rəhimov Ra...

Oğluna kiçik toy edən şəxs həbs olundu, qonaqlar cərimələndi - FOTOLAR

  Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən karantin ...

DİN: 40 cinayətin üstü “isti izlər”lə açılıb

  Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 40 cinayətin üstü "isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mə...

SON DƏQİQƏ! DİN cənub bölgəsində əməliyyat keçirdi - SAXLANILANLAR VAR

  Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keç...