Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
NASA-nın Goddard Kosmik Uçuş Mərkəzinin alimləri Yupiterin peyki olan Avropanın səthi üzərində böyük miqdarda su buxarının olduğunu təsdiqləyiblər. Bu barədə Science Alert məlumat yayıb.
Sfera.az-ın məlumatına görə, Kerk Rəsədxanasının göy cisimləri atmosferinin kimyəvi tərkibini təyin etmək üçün spektrografdan istifadə etməklə apardığı 17 müşahidə əsnasında əldə etdiyi məlumatları təhlil edən astronomlar belə qənaətə gəliblər ki, su buxarı əvvəllər düşünüldüyü qədər aktiv deyil, ayrı-ayrı intensiv püskürmələr şəklində meydana gəlir.
Avropada maye suyun mövcudluğu bu günə qədər sübut edilməsə də, səthin altından bir neçə dəqiqəyə Olimpiya hovuzunu ağzınadək doldura biləcək qədər su buxarı qalxır.
NASA-nın yaxın vaxtlarda baş tutacaq Europa Clipper missiyası 2023-cü ildə buz peykinin səthini ətraflı öyrənməyə imkan verəcək. Ay ətrafına 45 dəfə dolanacaq kosmik gəmi Avropanın buz qabığını öyrənmək üçün kamera, spektrmetr və radar dəstləri ilə təchiz ediləcək.
Sfera.az
Selcan