Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu – Ədəbiyyat İnstitutunda/FOTOLAR

Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu – Ədəbiyyat İnstitutunda/FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist, dramaturq, tarixçi-alim Yunus Oğuzun "Səfəvi Şeyxi"tarixi romanının təqdimatı keçirilib.

Olaylar.az xəbər verir ki, tədbirdə tanınmış ictimai-siyasi xadimlər, elm və ədəbiyyat adamları, millət vəkilləri, media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Yunus Oğuzun çağdaş Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Onun son illərdə çap olunan tarixi romanlarının ədəbi ictimaiyyətdə doğurduğu əks-səda haqqında fikirlərini bölüşüb. Yeni çap olunan "Səfəvi Şeyxi" tarixi romanının da ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanacağına ümid etdiyini bildirib.

Daha sonra Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili Elman Nəsirov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənova, millət vəkili Nizami Cəfərov, filologiya üzrə fəslsəfə doktoru Elnarə Qaragözova, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, yazıçı Elçin Hüseynbəyli kitab haqqında çıxış ediblər.

 
 

Sonda müəllif Yunus Oğuz çıxış edərək tədbirin təşkili üçün əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib. Müəllif "Səfəvi Şeyxi" romanını tədbir iştirakçıları üçün pulsuz paylayıb.



OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...