Yunanıstan tarixi əsərləri 50 illik icarəyə verəcək

Yunanıstan tarixi əsərləri 50 illik icarəyə verəcək
İqtisadi böhrandan çıxış yolu axtaran Yunanıstan muzeylərindəki tarixi əsərləri 50 illik başqa ölkəyə icarə verməyə hazırlaşır.

Sfera.az  xəbər verir ki, antik əşyaların kirayə verilməsini nəzərdə tutan qanun layihəsi parlamentin gündəliyinə salınıb.

Yunan mediası sənədin bu gün səsverməyə çıxarılacağına dair məlumat yayıb.

Hava limanlarının özəlləşdirilməsindən sonra antik əşyaların kirayə verilməsinin ölkə iqtisadiyyatında müsbət irəliləyişlərə səbəb olacağı qeyd olunub.

Yunanıstan Mədəniyyət Nazirliyi ölkədəki muzeylərdən daşınar abidələrin 25 il müddətinə icarə  və bu müddətin daha 25 il uzadılması imkanı verən qanun layihəsinin yunan mədəniyyətinin dünya miqyasında əks olunmasına imkan verəcəyini bildirib.

Qeyd edək ki, Yunanıstan 20 avqust 2018-ci il tarixində 8 illik yardım proqramının bitməsinə baxmayaraq, dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkələr arasındadır.


OXŞAR XƏBƏRLƏR