Yumurtanı bu halda YEMƏYİN!

Yumurtanı bu halda YEMƏYİN!
 
Yumurta nə qədər müddətə bişirilməlidir? 

Sfera.az xəbər verir ki, yumurtanı bişirəndə mütləq bu təkliflərə diqqət etməlisiniz.

DR. Işın Sayın, yumurtanın Türk mətbəxində sevildiyini, ancaq doğru üsullarla bişirilmədiyi üçün əldə edilən qida dəyərinin əskik qaldığını söyləyir.
 
Yumurtanın faydalarından bəhs edən mütəxəssis Sayın: "Yumurta kolindən zəngindir ki, bu da beyin sağlamlığı üçün əvəzolunmazdır.
Sarı hissəsindəki yüksək "A" vitamini görmə funksiyasını və immuniteti gücləndirir. Həmçinin hüceyrə yeniləyici və xərçəng önləyici təsiri də yüksəkdir.
"B" vitaminindən də zəngindir ki, bu da saç, dırnaq, beyin və dəri üçün yumurta çox dəyərli deməkdir. 
Lakin yumurtanın bişirilməsinə diqqət edilməlidir. Yumurta cəmi 10 dəqiqə bişirilməlidir. Beləliklə, tam bişmiş yumurta əldə edilir. Bu yumurta, qida dəyəri yüksək".
 
Yumurta tam bişmədikdə biotin və bavidin adlı protein kimyasal birləşmə yaradmış olur.
 
Qanda dəmir çatışmazlığının qarşısını gündə bir dəfə yumurta yeməklə ala bilərsiniz. 
 
Qeyd edək ki, yumurta 10 dəqiqədən artıq bişəndə, yumurtanın sarısının ətrafında dəmir sulfid halqası kimi tanınan yaşıl-boz halqa meydana gəlir. Bu da yumurtada dəmirin inkişafına mane olur.

Dəmir çatışmazlığı nəticəsində qanda metabolizm yavaşıyır, halsızlıq, yorğunluq problemləri, yaddaşda çətinlik, səhər yataqdan çətin durma, saç tökülməsi kimi mənfi əlamətlər ortaya çıxır.
 
Yumurta bunun qarşısını almağa müsbət təsir göstərir.
 
Sfera.az //
Aytac Salahova
 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.










OXŞAR XƏBƏRLƏR