Yüksək təzyiq xəstələri üçün ən uyğun diet açıqlanıb

Yüksək təzyiq xəstələri üçün ən uyğun diet açıqlanıb
 Hipertoniya xəstələri üçün ən təsirli pəhriz açıqlanıb.

Sfera.az bildirir ki, ABŞ-dan olan alimlər yüksək təzyiq xəstələri üçün 2 pəhrizin faydalarını müqayisə ediblər. Daha çox tərəvəz və meyvələrin üstünlük təşkil etdiyi pəhriz proqramı və DASH proqramı seçilib. Nəticədə alimlər hipertoniya xəstələri üçün hansı məhsulların ən uyğun olduğunu aşkar ediblər.
Tədqiqat Bostondakı tibb mərkəzinin əməkdaşları tərəfindən aparılıb. Elmi işlərin nəticələri ixtisaslaşdırılmış "Daxili xəstəliklər" nəşrində dərc olunub.

DASH pəhrizi ABŞ Milli Ürək, Ağciyər və Qan İnstitutunun əməkdaşları tərəfindən tərtib olunub. Bu pəhriz, yağ tərkibi az olan meyvə, tərəvəz, dənli bitkilər, süd məhsullarının istifadəsinə əsaslanır. Bundan əlavə, pəhriz proqramı ət, balıq, qoz-fındıq istifadəsini də nəzərdə tutur. Bu pəhrizdə qırmızı ət, eləcə də şəkər və yağ çox olan qidaları yemək tövsiyə olunmur. Bu, həmin qidaların ürək-damar sisteminə zərərli olması ilə əlaqələndirilir.
Tədqiqatın iştirakçısı kimi ürək və damar problemləri olan 326 nəfər seçilib.
Könüllülər üç qrupa ayrılıb. Birinci "komanda"nın üzvləri DASH pəhrizi, ikincinin iştirakçıları meyvə-tərəvəzə əsaslanan pəhrizlə qidalanıb, üçüncüsü qrupda olanlar isə yemək vərdişlərini dəyişməyiblər. Nəticədə məlum olub ki, birinci və ikinci qrup könüllülərin qan plazmasında daha az iltihab ocaqları var. Beləliklə, qidalanma mütəxəssisləri bol meyvə və tərəvəzlə birlikdə DASH pəhrizinin hipertoniya xəstələri üçün faydalı olduğu qənaətinə gəliblər. 
 
(e-tibb.az)



OXŞAR XƏBƏRLƏR

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...