Yoxa çıxan erməni millətçi-aktivistinin sədası Bakıdan gəlir! ŞOK HADİSƏ - FOTOLAR

Yoxa çıxan erməni millətçi-aktivistinin sədası Bakıdan gəlir! ŞOK HADİSƏ -  FOTOLAR

Məlum olduğu kimi, 2020-ci il noyabr ayının əvvəli erməni bloger, Ermənistanda müxtəlif dövlətyönlü ictimai təşkilatların rəhbəri, müharibə vaxtı işğal altında olan yerlərdə poz verən Gevorq Sujyanın öz adamları ilə birgə Kəlbəcərdə, İstisuda çəkib öz Facebook səhifəsində paylaşdığı videonu həmin səhifədən 6000-dən çox adam paylaşıb, daha sonra bütün sosial şəbəkələrdə yayılmışdı.

Həmin videoda Gevorq Sujyan Kəlbəcərdə İstisuda üzərək kef çəkdiyini, tezliklə Bakıya çatıb Xəzərdə üzəcəyini bildirir, Azərbaycan tərəfinin ünvanına ağır formada təhqiredici ifadələr işlədir.

Müharibənin gərgin vaxtında, Ermənistanın şəhid əlindən tərpənə bilmədiyi bir vaxtda belə bir videonun hazırlanması, təbii ki, Ermənistan xüsusi dövlət strukturlarının Azərbaycana qarşı çirkin informasiya müharibəsi, erməni gənclərini psixoloji cəhətdən toparlamaq cəhdindən başqa bir şey deyildi.

Gəlin görək sonra nə oldu?

Bir neçə gün keçməmiş Gevorq Sujyanın yoxa çıxdığını müəyyən edən erməni ictimai təşkilatları həyəcan siqnalı verməyə başladılar. Daha sonra isə onun taleyi ilə bağlı əl-ayağa düşən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin hadisə ilə bilavasitə məşğul olduğu barədə məlumat yayıldı. Gevorqu tapa bilmədilər, "Telegram" kanallarında Azərbaycan tərəfinə əsir düşdüyü barədə narahatlıqlarını yaydılar.

Dünəndən etibarən isə Gevorq Sujyanın "Facebook" səhifəsində məhz Azərbaycan tərəfinin təhqir edildiyi videonun yığışdırıldığını aşkar etdilər. Necədir?! Yəqin ki, Gevorq indi Bakıda araşdırmalarda İstisuda nə məqsədlə üzdüyü ilə yanaşı, nələri kimlərin sifarişi ilə elədiyinə dair çox şeylər danışır.

İndi özünün təsəvvür edin və qiymət verin!

 

Bu cür detallar Azərbaycanın müharibəyə necə hazırlaşdığını, Azərbaycanın xüsusi xidmət orqanlarının necə işlədiyini göstərir. Azərbaycanın bugünkü qüdrətini göstərir. Bu yaramazı vaxtında görüb Bakıya gətirən incə mərhələli yollar, düşmənə verilən mesaj, bu günlərdə baş vermiş hələ neçə belə incə məsələlər, yəqin ki, illər sonra aydınlanacaq.

Sülh istəyən hər zaman müharibəyə hazır olmalıdır.

(musavat.com)

 


OXŞAR XƏBƏRLƏR

Nazirdən Nəzrinlə Mərdana hədiyyə - FOTO

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb.    Sfera.az xə...

Əhali ən çox gəliri hansı sahələrdən əldə edir? – ADLAR

Azərbaycanda ev təsərrüfatlarının tədqiqi göstərir ki, əhalinin adambaşına düşən aylıq gəlirləri 2023-cü ildə 15,6 manat artaraq 343 manatı ötüb. Gəlirlər şəhər...

Prezident: "COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq"

Biz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu, vacibdir.   Sfera...

Şoyqudan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA: "Müharibə başlayandan bəri..."

Ukraynanın savaşda itkiləri ilə bağlı məlumat açıqlanıb.   Sfera.az bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu danışıb.   ...

May ayının şanslı və uğursuz GÜNLƏRİ - Astroloq AÇIQLADI

May ayının şanslı və uğursuz günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə məşhur rus astroloqu Vasilisa Volodina danışıb.   Pro...

Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərb...