“YouTube” təhlükəli videoları qadağan etdi - VİDEO

“YouTube” təhlükəli videoları qadağan etdi - VİDEO

"YouTube” təhlükəli və əsəbi zəif olanlara pis təsir göstərən videoçarxlara qadağa qoyub.

BBC xəbər verir ki, buna səbəb "çellenc” videolarının bəzən ağır xəsarət və ölüm halları ilə nəticələnməsidir.

"Google” korporasiyasının sahib olduğu şirkət platformada belə materiallara yer olmadığını bildirib.

 

Ekspertlər hesab edir ki, korporasiyanın bu qadağanı tətbiq etməsi elə də asan olmayacaq, çünki hansı videonun zərərli, hansı videonun zərərsiz olmasının müəyyən edilməsində çoxsaylı qərəzlər və ziddiyyətlər ortaya çıxa bilər.

"Məzəli videoların sərhədi keçib ziyanlı və təhlükəli olmasına imkan vermirik. Bu, hər zaman bizim şirkətin siyasəti olub.

Bizim şəbəkənin nizamnaməsi ağır nəticələrə yol aça bilən təhlükəli hərəkətlərə həvəsləndirən kontenti qadağan edir. 

Təhlükəli çellenclərin və pranklərin hansı anlama gəldiyi daha aydın şəkildə izah olunacaq”, - deyə şirkətin bəyanatında deyilir.

May ayında Minnesota ştatından olan 20 yaşlı Monaliza Perez "YouTube”da məşhurlaşmaq üçün çellenc videosu çəkən zaman sevgilisi Mario Ruizi atəş açaraq qətlə yetirib.

O, qalın ensiklopediya kitabının güllənin qarşısını alacağını düşünsə də, təhlükəli fənd faciə ilə nəticələnib.

Ötən il isə yuyucu kapsulaların yeyilməsi ilə bağlı "çellenc” ABŞ-da kütləvi zəhərləmə hallarına yol açmışdı.



"YouTube”un siyasətini sərtləşdirməsinə bu yaxınlarda "Bird Box” qorxu filmindən ilhamlanaraq ərsəyə gətirilən çellenc təsir göstərib. Həmin çellencə görə, insanlar gözlərini bağlayaraq müxtəlif təhlükəli fəndlər yerinə yetirir, avtomagistralda gözübağlı maşın idarə edir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...