\"Yoluxmadakı artımı məktəblərin açılması ilə əlaqələndirmək absurddur\" - Professor

\
"COVİD-19-un hazırda müşahidə olunan artım dinamikası nisbidir və fəsli xarakter daşıyır”.
 
Sfera.az bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Onun sözlərinə görə, oktyabrın birinci ongünlüyündən başlayaraq, insanlar arasında tezliyi artan yuxarı tənəffüs yollarının katarı, o cümlədən halsızlıq, temperaturun yüksəlməsi və sair kimi əlamətlərin 95% nisbətində koronavirusla heç bir əlaqəsi yoxdur:

"Bunlar insan orqanizminə xüsusi qorxu törətmək qüdrətində olmayan, hər il təkrar-təkrar yoluxduğumuz, adenovirus təbiətli fəsli infeksiyalardır. Hazırda xəstəlikdən yoluxub-sağalmış, eləcə də vaksinasiya olunmuş insanların toplam sayı 90%-in üstü səviyyəsində olduğuna görə, insanlar COVİD-19-a yoluxsa belə, onu yüngül, adi fəsli viral infeksiyalardan biri kimi keçirməlidir”.

Mütəxəssis son günlər sosial şəbəkələrdə koronavirusun artımını ənənəvi tədris sisteminə keçidlə əlaqələndirənlərdən də söz açıb:

"Əvvəla, tədris müəssisələrinin açılması sentyabrın 29-na təsadüf edir. Həmin gün yoluxma 842 nəfər idi. Oktyabrın 17-də yoluxma 1892 nəfər olub. Cəmi 2,2 dəfə artıq. Koronavirusun inkubasiya dövrü 2-14 gündür. 90% hallarda bu müddət 5,2 gün təşkil edir. İnfeksiyanın 14 gündən sonra başlama ehtimalı yalnız 3,8%-dir. Yəni 100 yoluxana 3-4 nəfər. Odur ki, hazırkı artımı ali və ya orta məktəblərin  açılması ilə əlaqələndirmək absurddur.
Bu artım nisbidir, fəsli xarakterlidir, yəni qanunauyğunluqdur. Buna görə hətta narahatlığa belə, heç bir əsas yoxdur. Təhsil sistemində kiminsə istəyi və arzusu ilə məhdudiyyətlərin tətbiqi yolverilməzdir və cinayətdir. Əksinə, gigiyenik qaydalara əməl olunmasına nəzarət gücləndirilməklə, bütün sahələrdə məhdudiyyətlər qeyri-şərtsiz olaraq aradan qaldırılmalıdır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin iclası BAŞLADI - 14 məsələ MÜZAKİRƏ EDİLİR 

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələ daxil edilib. ...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...