Yoluxma artır - Məktəblərdə dərslər dayandırıla bilər

Yoluxma artır - Məktəblərdə dərslər dayandırıla bilər
Bakıda məktəblərin koronavirusa görə yenidən bağlanılması, distant təhsilə keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb. Bildirilir ki, artıq 5-ə yaxın orta məktəb virusa görə tədris prosesini müvəqqəti olaraq distant rejimə keçirib.

Sfera.az  bildirir ki, bununla bağlı təhsil eksperti Kamran Əsədov danışıb:

"Virus səbəbilə bağlanan məktəblərin sayı artıq 10-dan çoxdur. Bəziləri statistikaya daxil edilməsə belə, məndə olan məlumata görə, artıq Qaradağ rayonunun Lökbatan qəsəbəsində də iki məktəb fəaliyyətini dayandırıb. Həmçinin ölkədə virusa yoluxmağa görə digər məktəblər də tədris prosesinin istiqamətini dəyişib. Bu, gözlənilən idi və artıq yüzdən çox sinif yoluxmaya görə bağlanıb.

Məktəblərdə yoluxma sayı dedikdə, təbii ki, ümumi kontingentin yoluxma kütləsini başa düşürük. Bilirik ki, bu, ciddi rəqəmdir və hesab edirəm ki, yoluxmuş şəxslər müəyyənləşdirilməlidir. Yoluxma sayı artarsa, birmənalı şəkildə tədris prosesi dayandırılacaq. Yəni məktəblər bağlanacaq. Çünki görürük ki, yoluxma dinamikası artıq artır.

Qeyd edim ki, tədrisin distant olduğu müddətdə belə, şagirdlər arasında yoluxma halları var idi. Hazırda tədris prosesi əyani olduğuna görə virusun digər şəxslərə keçməsi məsələsi də var. Olanları nəzərə alsaq, ölkədə karantin rejiminin sərtləşdirilməsini düşünə bilərik. Buna baxmayaraq düşünürəm ki, bütün hallarda təhsil müəssisələrinin yenidən bağlanmasına ehtiyac yoxdur".
 
(sonxeber)

OXŞAR XƏBƏRLƏR

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...