Yoluxanların sayı bu gün də azaldı, 24 nəfər öldü
16:41 / 08.01.2021
2997
Azərbaycanda bu gün koronavirus infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb,1879 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 24 nəfər "COVID-19”dan vəfat edib.