Yollarımızda quraşdırılmış "ölüm işıqları" - FOTO

Yollarımızda quraşdırılmış "ölüm işıqları" -  FOTO

Dövlət əhəmiyyətli yolların çox hissəsində yolun tən ortasında "projektor”lardan istifadə edilir

Azərbaycanda bir çox yolların işıqlandırılmasında problemlər var. Avtosfer.az xəbər verir ki, baku.ws-ə edilən şikayətdə bildirilir ki, dövlət əhəmiyyətli yolların çox hissəsində yolun tən ortasında uzaqvuran işıqlardan, "projektor”lardan istifadə edilir. Bu da sürücülərə yolu tam yaxşı görməyə mane olur. Şikayətçilər konkret olaraq Bakı-Quba yolunda, "Beşbarmaq” yaxınlığındakı ərazilərdə quraşdırılan "projektor”lardan şikayətlənirlər.

Nəqliyyat ürzə ekspertlər də hesab edirlər ki, həqiqətən də bir çox yollarda istər yol nişanları, istərsə də işıqlandırma sistemi düzgün qurulmayıb. Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov bildirib ki, yollara bu qədər vəsaitin ayrılmasına baxmayaraq, hələ də bir çox problemlrə özünü göstərməkdədir. Belə problemlərdən biri də gecə saatlarında yolların işıqlandırılmaması, yaxud da işıqlandırma sisteminin düzgün qurulmamasıdır. "Bəzən görürsən ki, lazımsız yolu gur işıqlandırıblar. Elə əhəmiyyətli döngə və dalanlar var ki, ora gecələr zülmət olur. Bir çox ərazilərdə isə uzaqvuran işıqları yolun tam ortasına qoyurlar. Bu da sürücülərdə görməni məhdudlaşdırır”, - deyə Məzahir Rüstəmov bildiridi.

Mütəxəssis deyir ki, qonşu ölkələrdə yolların işıqlandırılaması zamanı işığın düşmə bucağı elə hesablanır ki, o hərəkət iştirakçısına mane olmasın. "Xaricdə də uzaqvuran işıqlardan istifadə edilir. Lakin onları elə quraşdırırlar ki, işığın şüası nə yol ilə keçən piyadaya mane olmasın, nə də sürücünün üzünə düşsün. Azərbaycanda isə yol salınarkən bəzən bu amillər unudulur”, - deyə Məzahir Rüstəmov bildirib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirilib ki, qeyd edilən əraziyə yaxın yerdə piyada keçidi var. Bu səbəbdən orada xəbərdaredici işıqlardan istifadə edilir. Bundan əlavə, həmin istiqamətdə avtomobil gur hərəkət edir. Ona görə də, orada xəbərdaredici işıqlar vurulur. Qurumdan bildirilir ki, şikayətlərlə bağlı araşdırmalar aparılacaq. Əgər həqiqətən də, hansısa yolda qəza yarada biləcək işıqlar quraşdırılbsa, problem həll olunacaq.

Sfera.az


OXŞAR XƏBƏRLƏR