Yol qəzasında altı uşaq öldü
19:32 / 30.04.2021
3413
Rusiyada ölümlə nəticələnən yol qəzası baş verib.
Sfera.az-ın verdiyi xəbərə görə, yol qəzası bu gün Həştərxan-Stavropol avtomobil yolunda qeydə alınıb.
Belə ki, avtobus, yük maşını və minik avtomobilinin toqquşması nəticəsində 6 azyaşlı ölüb.
Qəza nəticəsində xəsarət alan 12 nəfər isə xəstəxanaya yerləşdirilib.