“Yol Polisinin Gənc Köməkçisi” yol polisində ekskursiyada olublar - FOTOLAR

“Yol Polisinin Gənc Köməkçisi” yol polisində ekskursiyada olublar - FOTOLAR

Ölkəmizi Belarusiya Respublikasının Bobruysk şəhərində keçirilmiş "Gənc Yol Hərəkəti İnspektorları”nın 47-ci toplantısında layiqincə təmsil edərək birincilik əldə edən "Yol Polisinin Gənc Köməkçisi” dəstəsinin üzvləri Daxili İşlər Nazirliyinin Baş Dövət Yol Polisi İdarəsinə ekskursiya ediblər.

"Qaliblərin” Baş DYP İdarəsinə ekskursiyası, «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Daxili İşlər və Təhsil nazirliklərinin birgə həyata keçirdikləri "Yol Polisimizlə bir gün” adlı layihə çərçivəsində baş tutub.

Ekskursiyanın keçirilməsində əsas məqsəd, yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı təhsil müəssisələrində aparılan maarifləndirmə işlərini daha da gücləndirmək, eyni zamanda bu işdə uşaq və yeniyetmələri aktiv iştirakçılığa cəlb etməkdir.

Təşkilatçılar tərəfindən ayrılmış avtomobillərdə DİN-in Baş DYP İdarəsinin inzibati binasına gələn "Yol Polisinin Gənc Köməkçisi” dəstəsinin üzvlərinə ilk növbədə binanın struktur quruluşu, konfrans zalı, patrul avtomobilləri, xüsusi texniki vasitələr nümayiş olunub. Daha sonra ekskursiyaçılara Baş DYP İdarəsinin iş fəaliyyətini, o cümlədən Operativ Müşahidə Mərkəzinin, Növbətçi hissənin iş prosesini canlı izləmək imkanı yaradılıb.
Tədbir zamanı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən "qaliblərin” çoxsaylı sualları cavablandırılıb və onlara müxtəlif hədiyyələr təqdim olunub.


OXŞAR XƏBƏRLƏR

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...