Yol polisindən futbol oyunu ilə əlaqədar vətəndaşlara müraciət – FOTO

Yol polisindən futbol oyunu ilə əlaqədar vətəndaşlara müraciət – FOTO
AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar polis gücləndirilmiş tədbirlər həyata keçirilir. 
 
Bu barədə Avtosfer-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi,  polis polkovniki Vaqif Əsədov məlumat verib.  Bildirib ki, oyunların keçiriləcəyi Olimpiya stadionu və ətrafı polis tərəfindən tam nəzarətə götürülüb. "Hazırda Olimpiya stadionu istiqamətində gedən bütün küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Azarkeşlər, iştirakçılar və təşkilatçıların hərəkəti isə xüsusi emblemi ilə müəyyən olunur.  Ziya Bünyadov prospektindən Koroğlu metrostansiyası istiqamətində hərəkət edərkən 9-cu köndələn küçəsi ilə kəsişmədən Xəlil Rza Ulutürk küçəsi istiqamətində, həmçinin Ziya Bünyadov prospekti ilə Xəlil Rza Ulutürk küçəsi ilə kəsişmədən Böyükşor bulvarı istiqamətində hərəkətı məhdudiyyət qoyulub.

Bu ərazidə yalnız təşkilat komitəsi tərəfindən hərəkətinə icazə verilmiş nəqliyyat vasitələri hərəkət edə bilir. Eyni zamanda qurulmuş postlarda təşkilat komitəsinin nümayəndəsi də iştirak edir”.

Polis polkovniki vətəndaşlara müraciət də edib.

O, bildirib ki, Olimpiya Stadionu istiqamətinə azarkeşlərin, iştirakçıların, oyunçuların və qonaqların hərəkəti yalnız xüsusi ayrılan ictimai nəqliyyat və xüsusi ekspress avtobuslar ilə həyata keçiriləcək:

"Əvvəlcədən də verdiyimiz məlumat əsasında paytaxtın Səməd Vurğun parkının qarşısı və "Qara Qarayev” metrosunun ətrafından hərəkət edən xüsusi ictimai nəqliyyat vasitəsi ilə tamaşaçıların daşıması həyata keçiriləcək.

Bundan başqa, azarkeşlər və iştirakçılar "Koroğlu” metrostansiyasından piyada olaraq Olimpiya stadionu istiqamətində sərbəst hərəkət edə biləcəklər.”
Vaqif Əsədov vətəndaşlara müraciət edərək bildirib ki,  təhlükəsizlik qaydalarına riayət etmək, qapalı yerlərdə tibbi maskadan istifadə,  həmçinin informasiya təhlükəsizliyi qaydalarına ciddi əməl etmək lazımdır. "Unutmayaq ki, təhlükəsizliyimiz ən birinci məsələdir”.

Bölmə rəisi vətəndaşları anlayışlı olmağa səsləyib. "Təhlükəsizlik məqsədilə yolların bağlanması müəyyən çətinliklər yarada bilər. Ümid edirəm ki, vətəndaşlar bunu anlayışla qarşılayar və ölkəmizdə keçirilən beynəlxalq tədbirin yüksək səviyyədə başa çatması üçün səylərini əsirgəməzlər”.

OXŞAR XƏBƏRLƏR

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...

Mask: "Qərbdə gec-tez vətəndaş müharibəsi başlayacaq"

Qərbdə vətəndaş müharibəsi gec-tez başlayacaq, istəsək də, istəməsək də. Sfera.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində ya...