Yol polisi velosipedçilərə qarşı ciddi tədbirlərə başladı – Cərimələnənlər var

Yol polisi velosipedçilərə qarşı ciddi tədbirlərə başladı – Cərimələnənlər var
 Azərbaycanda yol polisi son günlər baş verən velosiped qəzalarından sonra bu sahəyə nəzarət tədbirlərini gücləndirib.

Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən Bakı və Gəncə şəhər Baş Polis idarələrinin, digər şəhər və rayon polis orqanlarının, habelə DYP-nin şöbə və bölmələrinin rəhbərlərinə göstəriş verilib. Göstərişdə qeyd olunur ki, bu ilin 6 ayında respublika üzrə yol-nəqliyyat hadisələrinin, eləcə də hadisələrdə ölən və yaralananların sayı azalsa da, son vaxtlar velosipedçilərinin iştirakı ilə baş vermiş qəzaların çoxluğu ciddi narahatlıq doğurur. Təkcə 6 ay ərzində velosipedçilərin iştirakı ilə baş vermiş 21 yol qəzasında 8 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Buna səbəb isə bəzi velosipedçilərin yol hərəkəti qaydalarını kobud şəkildə pozmasıdır. Belə ki, onlar velosipedi yolun əks hərəkət istiqamətində, hərəkət hissəsinin ortasında, xüsusən günün qaranlıq vaxtında işıqlandırıcı elementlər olmadan idarə edirlər. Bunu nəzərə alaraq DİN rəhbərliyi DYP orqanlarına göstəriş verib ki, velosipedçilərin hərəkətinin "Yol hərəkəti haqqında” qanuna uyğun tənzimlənməsinə diqqət etsinlər, eyni zamanda, avtomobil yollarında texniki cəhətdən saz velosipedlərdən istifadəyə dair təbliğat işləri aparsınlar.

Belə qəzaların baş verdiyi ərazilərdə təhlillər apararaq qabaqlayıcı tədbirlərin görülməsi də vacib məsələ kimi qeyd olunub.

Artıq respublika ərazisindəki avtomobil yollarında təhlükəsizlik dəbilqəsi olmadan velosiped idarə edən, həmçinin, yolun əks istiqamətinə çıxan, hərəkət hissəsinin ortasında gedən və digər yol hərəkəti qaydalarını pozan velosipedçilər inzibati məsuliyyətə cəlb olunurlar.

Velosipedçilərə qarşı tədbirlər artıq bir neçə rayonda həyata keçirilib. Masallı rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları isə artıq qayda pozan 21 velosipeçdi barəsində inzibati protokol tərtib edib. Bundan başqa, velosipedçilərin bir qisminə xəbədarlıq olunub, onlara hüquq və vəzifələri izah edilib.

(avtosfer.az)


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...