Yol polisi uşağı xidməti maşınla vuraraq öldürdü

Yol polisi uşağı xidməti maşınla vuraraq öldürdü
Ağsuda yol polisi azyaşlı qızı DYP avtomobili ilə vuraraq öldürüb.

Sfera.az DİN-ə istinadən xəbər verir ki, hadisə aprelin 13-də saat 18 radələrində qeydə alınıb. Ağsu şəhəri ərazisində Cavid Kərimov idarə etdiyi "BMW” markalı avtomobillə yolu keçən şəhər sakini, 10 yaşlı Nəzrin Məhərrəmlini vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Ağsu RPŞ tərəfindən araşdırma aparılır.

Report-un məlumatına görə, hadisəni törədən C.Kərimov yol polisi əməkdaşıdır.

OXŞAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...