Yeznəsi niyə azərbaycanlı rəqib seçdi? – HƏBİBDƏN AÇIQLAMA - FOTO

Yeznəsi niyə azərbaycanlı rəqib seçdi? – HƏBİBDƏN AÇIQLAMA - FOTO
Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?.

"Divardan divara” turnirini keçirmək atamın ideyası olub.

Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrini reallıqda həyata keçirmək bizdə alındı. Ötən il belə bir turniri sentyabrda keçirmişdik.

Sfera.az xəbər verir ki, bunu UFC-nin məğlubedilməz çempionu Həbib Nurməhəmmədov deyib.

Sentyabrın 17-də Moskvadakı "ÇSKA-Arena”da AMG FNG-nin yüngül çəkidə çempionu olan azərbaycanlı Nəriman Abbasovla "Dağıstan aslanı” adlandırılan, EFC-nin (Eagle FC) prezidenti Şamil Zavurov arasında kəmər döyüşü olacaq.

Bu gün keçirilən mətbuat konfransında idmançılarla yanaşı EFC-nin sahibi olan Həbib Nurməhəmmədov və AMC FNG-nin prezidenti Kamil Hacıyev iştirak edib.

"Düşünürəm ki, hər il AMC FNG ilə birgə tarix yaratmaq üçün bir araya gələcəyik. Turnir atamın yetirməsi olduğu, döyüş sambosu üzrə ilk dünya çempionlarından biri olan Şamil Zavurovun burada karyerasını bitirməsi ilə əlamətdar olacaq. Bu, Rusiya MMA-sı üçün bir tarix olacaq”, – deyə H.Nurməhəmmədov bildirib.

Sabiq idmançı rəqib kimi Nərimanın niyə seçilməsinə də aydınlıq gətirib:

"Niyə məhz Nəriman? O hazırda liqa çempionudur. Şamil ən yaxşıların ən yaxşısı ilə döyüşmək istəyirdi. Onu bütün ömrüm boyu tanıyıram. O heç vaxt özünə asan yol seçməyib. Yaxınları və doğmaları bilir ki, onu neçə dəfə döyüşməkdən çəkindirmişəm.

Ancaq o özünə ciddi rəqiblər, onların yaxşılarını seçir. Deyir ki, yalnız yaxşı rəqiblər məni məşqlərə çıxmağa vadar edir!”

Nəriman Abbasov 11 döyüşdür ki, uduzmur. Həbib Nurməhəmmədovun yeznəsi olan Şamil Zavurov isə son beş görüşdə məğlub olmayıb. (oxu.az) 
 



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...