Yevlaxda zəncirvari qəza: xəsarət alanlar var

Yevlaxda zəncirvari qəza: xəsarət alanlar var
Yevlax rayonunda 3 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Sfera.az  xəbər verir ki, 2 VAZ və bir "Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə "Mercedes” markalı avtomobildə olan sərnişinlər, Füzuli rayon sakini, 1952-ci il təvəllüdlü Məhlüqə Həsənova və Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Leyla Həşimova müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR