Yevlaxda zəncirvari qəza: bir nəfər öldü

Yevlaxda zəncirvari qəza: bir nəfər öldü
Yevlax-Bəhrəmtəpə yolunda zəncirvari avto qəza hadisəsi baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes", "Vaz- 21015" və "Volksvagen" markalı minik avtomobilləri toqquşması zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Xəsarət alanlar Mingəçevir şəhər sakinləri 1974-cü il təvəllüdlü Əhmədov Elxan Fərəc oğlu, 1985-ci il təvəllüdlü Həmzəyev Malik Əli oğlu və 1985-ci il təvəllüdlü Əmiraslanov Sərxan Zaman oğludur.

Faktla bağlı araşdırma aparılır.
 
(Trend)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR