Yevlaxda ağır qəza - ölən və xəsarət alanlar var
19:20 / 12.10.2021
1527
Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə Hacıselli-Varvara yolunda qeydə alınıb.
"VAZ-2106” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib, avtomobil aşıb.
Qəza nəticəsində 2001-ci il təvəllüdlü Səfərov Cəfər Pənah oğlu aldığı xəsarətlərdən ölüb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
(apa.az)