Yerli turizm otellərində “hər şey daxil” paketi niyə yoxdur? – Ekspert sualları cavablandırıb
14:19 / 12.07.2021
1315
Türkiyə, eləcə də digər ölkələrdə otellər xidmət təklif
edərkən "hər şey daxil" paketi təqdim edir və müəyyən məbləğ ödəməklə
bütün imkanlardan faydalanmaq mümkün olur. Bizdə isə vəziyyət fərqlidir. Otellərdə
qiymətlər yüksək olmaqla yanaşı göstərilən məbləğə yalnız gecələmək və
sevindirici halda səhər yeməyi əlavə edilir.
Maraqlıdır, vəziyyətin belə olması nədən qaynaqlanır? Digər ölkələrdə olduğu kimi
bizdə də otellər bütün imkanları özündə birləşdirən paketlər təqdim edə bilməzmi?
Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Turizm Agentliklər Assosiasiyasının üzvü Kənan
Hənifəyev Türkiyədə
otellərin qazanc əldə etdiyi halda Azərbaycanda otellərin bu üsulla
ziyana uğrayacağını bildirib:
"Dünya
turizmində "All inclusive", yəni hər şey daxil konsepsiyasının turistlərə aşılayan və daha çox bu yöndə
xidmət göstərən Türkiyə turizm otelleridir. Bu da əsasən resort otellərdə rastlanan haldır.
Bu konsepsiyanı ərsəyə gətirməyin çətin və asan yolları var. Bildiyiniz kimi,
bu konsepsiya ilə bizim səyahətsevərlər əsasən Antalya, Bodrum, İzmir kurort
zonalarında və İspaniya kurortlarında tanış olublar.
Bu sistemin ölkəmizdə tətbiqi və icraatı gələcək
üçün mümkün, indiki dövr üçün çətindir. Çünki Türkiyə resort otellər ilin əvvəlindən
yay üçün otel nömrə fondunun 60-65%-ni satış edərək, sezon başlamadan turist
sayının xidmətini artıq planlayır və buna da uyğun olaraq "hər şey daxil”
konsepsiyasının strateji planlamasını aparır. Bildiyiniz kimi burda xidmət və qidalanma
əsas amillərdən biridir ki, otel sahibkarları ziyana getməmək üçün prosesi sığortalayaraq,
hətta gəlir də əldə edirlər. Bizdə isə vəziyyət fərqlidir və bu tip
konsepsiyada fəaliyyət göstərmək sahibkar üçün ziyana bərabərdir".
Ekspert ölkədə otellərin xidmət səviyyəsindən də
danışıb:
Əzizə Zeynal
Sfera.az