Yerli məşhurların ağlı başdan alan çimərlik geyimləri - FOTOLAR

Yerli məşhurların ağlı başdan alan çimərlik geyimləri - FOTOLAR
İstirahət mövsümü davam edir. Azərbaycanda bir sıra məşhurlar yay tətilini, əsasən, dəniz sahilində, çimərlikdə keçirməyə üstünlük verirlər.

 

Sfera.az bildirir ki, bu yay da bir çox məşhur çimərlik geyimində fotoları ilə gündəmə gəlib. Onlar əsasən fotolarını sosial şəbəkədə izləyiciləri ilə bölüşür, bu görünütüləri ilə bir növ meydan oxuyurlar. Belə ki...


Fərqli bikiniləri ilə göz oxşayan məşhurlardan biri aktrisa Pərvin Abıyevadır. O, həm də ideal bədən quruluşu ilə tez-tez diqqət çəkir.


Adətən açıq-saçıq geyimləri ilə gündəmə gələn müğənni Səmra Rəhimli də çimərlik geyimindəki fotosunu izləyiciləri ilə bölüşən məşhurlardandır.



Daha bir ifaçı Dilarə Kazımova da bu ilki yayı dəniz qırağında keçirir. O, ötən həftələrdə mayolu şəklini paylaşaraq "Çox da üstümə gəlməyin” qısa şərhini əlavə edib.



Xalq artisti Aygün Kazımova yeni"De" adlı mahnısının çəkilişləri zamanı çimərlik geyimindən istifadə edib. Kazımova yeni mahnısı üçün obyektiv qarşısına keçərək fotosessiya da etdirib.


 

Müğənni Röya da mayo ilə foto paylaşan məşhurlar sırasına qoşulub. Onun zebra naxışlı geyimi sevənləri tərəfindən də bəyənilib.



"Miss millenium" gözəli, azərbaycanlı model Validə Abbasova da 40-dan çox yaşı olsa da, ideal bədən quruluşu ilə diqqət çəkib. Keçmiş model bu il də İnstaqram səhifəsində istirahət fotolarını bölüşüb.


Türkan

Sfera.az


OXŞAR XƏBƏRLƏR