“Yerinə YPX maşını da ola bilər”

“Yerinə YPX maşını da ola bilər”

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi respublika yollarında qoyulmuş YPX avtomobillərinin maketləri ilə bağlı rəsmi açıqlama verib.

Sfera.az xəbər verir ki, İdarənin şöbə rəisi Kamran Əliyev qafqazinfo-ya bildirib ki, sözügedən maketlər profilaktik tədbir məqsədi ilə quraşdırılıb:

"Məqsəd də odur ki, sürücülər həmin maşınları görəndə, doğru zənn edib sürət həddini azaltsınlar, qayda pozuntusuna yol verməsinlər.

Hazırda insanlar bir-birinə bu maketlərin yerini deməyə çalışır. Daha düşünmürlər ki, qarşı tərəfin həyatı üçün təhlükəli vəziyyət yaradırlar. İnsanları çaşdırır, inzibati məsuliyyətə cəlb olunmasına sövq edirlər. Ancaq bilməlidirlər ki, bu gün həmin ərazidə maket quraşdırılıbsa, 2 saat sonra onun yerinə həqiqi avtomobil yerləşdirilə bilər. Ona görə də, kimsə yolda YPX maketi gördüyü təqdirdə tez onun koordinatlarını sosial şəbəkələrdə paylaşmamalıdır".

Şöbə rəisi sosial şəbəkələrdə maketlərdən birinin küləkdən aşdığı əks olunmuş fotoya da münasibət bildiriərək hadisənin Türkiyədə baş verdiyini vurğulayıb.

 



OXŞAR XƏBƏRLƏR

Tatarıstanlı iş adamları sənaye zonalarına investisiya yatırmağa DƏVƏT OLUNDU

Rusiyanın Tatarıstan bölgəsinin iş adamları Azərbaycanın sənaye zonalarında yaradılmış biznes imkanlarından yararlanmağa dəvət edilib.   Sfera.az&nbs...

Paşinyandan Əskipara sakinlərinə: "Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, orada..."

“Biz istəyirik ki, Azərbaycanın Ermənistanla sərhəd kəndlərinə yaxınlığı sakinləri narahat etməsin”.   Sfera.az bildirir ki, bunu Ermənis...

Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qurumları ikitərəfli əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu (Portuqaliya) çərçivəsində Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qur...

Dünən ağır qəzaya düşən aparıcı Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir.   Sfera.az bildirir ki, bu barədə Tren...

Prezidentdən Anar Axundovla bağlı SƏRƏNCAM - FOTO

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.   Sfera.az xəbər verir ki, bu vəzifə Anar Axundova...

Kayrat Sarıbay: "Xəzəryanı dövlətlər iqlim dəyişikliyinə qarşı mübarizədə iştirak edirlər"

Beynəlxalq ictimaiyyət iqlim dəyişikliyi problemlərini kollektiv şəkildə həll etməlidir və onunla mübarizədə böyük təcrübəyə malik olan Asiyada Qarşılıqlı Fəali...