Yerevanın qaçhaqaçla açılan \"45-ci günü\" - Müharibədən sonra Rusiya pasportu alan ermənilərin sayı açıqlandı
15:55 / 27.01.2022
1677
"Ötən il 46 min 900-dən çox erməni Rusiya
vətəndaşlığı alıb. Bu, bir ölkə üçün dəhşətli
statistikadır. 44 günlük müharibədən sonra ermənilərin Rusiyaya köçü daha
da intensivləşib. Rəsmi İrəvan ən qısa zamanda Azərbaycanla yekun sülh müqaviləsi imzalamasa və
Türkiyə ilə sərhədlər açılmasa vətəndaşsız ölkə halına gələcək”.
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq
Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, 2017-2021-ci illər arasında 153
min 800 erməni vətəndaşı Rusiya pasportu alıb:
"Ermənistan iqtisadiyyatın bərbad durumu və ölkənin
faktiki blokada şəraitində qalması ermənilərin kütləvi şəkildə Rusiyaya köç etməsinə
gətirib çıxarır. Mövcud iqtidar bu mənfi tendensiyanın fərqindədir, lakin
hazırda ciddi nəsə edə bilmir. Paşinyan adminsitrasiyasının son zamanlar yekun sülh müqaviləsinə dair verdiyi
müsbət açıqlamalara, həmçinin Türkiyə ilə sərhədlərin açılması məsələsində sərgilədiyi
konstruktiv yanaşma ondan xəbər verir ki, mövcud vəziyyətdən hakimiyyət
narahatdır”.
Turan Rzayev