Yerevanda qan su yerinə axır - TƏCILI

Yerevanda qan su yerinə axır - TƏCILI

 

Polis qiyamçıların ələ keçirdikləri post-patrul binasının divarlarından birini uçurmağa başlayıb.

Xüsusi müxbirimiz Vahan Martirosyanın verdiyi xəbərə görə, Ermənistanın Gala TV-si hesab edir ki, buna, qiyamçılara qarşı hücumun başlaması da demək olar.

* * *23:59

Yerevanda post-patrul alayının binasını zəbt etmiş silahlı qrup polis maşınını yandırıb.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi xəbərə görə, bunu qiyamçlarla hökumət arasında vasitəçilik edən Vitali Balasanyan deyib.

"Onlar alayın ərazisində avtomobil yandırdılar, buna baxmayaraq, dövlət orqanları silahı yerə qoyana qədər danışıqları davam etdirəcək”, - deyə Balasanyan yerli mediaya bildirib.

Məlumata görə, alayın ərazisində polisə məxsus çoxlu silah-sursat, xüsusi avadanlıq və avtomobillər var.

Bu arada silahlı qrupun üzvləri Balasanyanın vasitəçiliyindən imtina ediblər. Bildiriblər ki, bundan sonra onların maraqlarını 90-cı illərdə Qarabağ müharibəsində Sisyan alayının komandiri olmuş Aşot Minasyan təmsil edəcək.

Hazırda qiyamçıların zəbt etdikləri polkun yanında onlara dəstək mitinqi keçirilir.

"Təsis Məclisi”nin üzvü Alek Ynigomşyan mitinqdə bildirib ki, alayın ərazisində rabitə, elektrik enerjisi kəsilib, qida yoxdur. Ərazidə yaralı var, amma ona tibbi yardım göstərilmir.

"Məhz bu münasibətə etiraz olaraq, silahlılar alayın ərazisindəki polis maşınlarından birini yandırıblar”, -deyə Yenigomşyan bildirib.

* * *22:16

Bir müddət əvvəl Yerevanın Xorenatsi küçəsində müxalifətin və Serj Sarkisyan rejimi əleyhdarlarının Ermənistanda demokratik dəyərlər uğrunda mübarizəyə qalxmış silahlı qiyamçılara dəstək mitinqi başlayıb.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi xəbərə görə, mitinqdə tanınmış siyasi liderlər, siyasətçilər, prezidentliyə keçmiş namizədlər iştirak edirlər.

Prezidentliyə namizəd, görkəmli siyasi xadim, "Ermənistan, qalx!" hərəkatının lideri Andrias Qukasyan mitinqdə olduqca emosianal nitq söyləyib: "Serj Sarkisyan bir sıra ciddi cinayətlərdə ittiham olunur. Ermənistanda konstitusiya qaydalarını məhz o məhv edib və ölkədə hakimiyyəti məhz o ələ keçirib! Bütün insanlar bilirlər ki, o, seçkilərdə seçilməyib, buna görə də mütəşəkkil cinayətkar qrup yaradaraq ölkəmizi qarət edir! Və nəhayət, uşaqların bu gün əllərinə silah almasının günahkarı da məhz odur, çünki ölkəni elə bir vəziyyətə gətirib çıxarıb ki, mübarizə üçün başqa yol qalmayıb. Buna görə də biz onları dəstəkləyirik.

Vətən xainini-əgər o prezidentdirsə, cəzalandırmaq üçün başqa yol yoxdur”.

* * *18:03

Bir neçə saat əvvəl Ermənistan hakimiyyəti Yerevanda silahlı qrup tərəfindən ələ keçirilmiş patrul alayının binasındakı rabitəni və elektrik enerjisini kəsib.

Bundan başqa, binanı basqınla götürməyə cəhd olub.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyan bildirir ki, məlumatı ona üsyançılar özləri veriblər.

* * *16:55

Ermənistan prezidenti Serj Sarkisyan müxalif "Təsis Məclisi" hərəkatının həbsdə olan rəhbəri Jirayr Sefilyanla görüşməyə hazırdır.

Virtualaz.org bildirir ki, bu barədə "İnterfaks” məlumat yayıb.

Sefilyan qanunsuz silah alınması və saxlanması ittihamı ilə həbsdədir. Yerevanda patrul alayının binasını ələ keçirən silahlı dəstənin üzvləri məhz onun azad olunmasını tələb edirlər.

"Sefilyan milli dəyərlərlə bağlı ciddi məsələlər qaldırdı və biz onları Ermənistan prezidentinə çatdıracağımıza söz verdik. Biz sözümüzü dərhal yerinə yetirdik. Artıq Ermənistan prezidentinin də mövqeyi bizə məlumdur. O, qiyamçılar silahı yerə qoyandan və təslim olandan sonra Sefilyanı dəvət edib görüşməyə, reallıq və perspektivləri izah etməyə hazır olduğunu bildirib”, - deyə Vitali Balasanyan vurğulayıb.

 


OXŞAR XƏBƏRLƏR