Yerevanda Paşinyanın istefasını tələb edən aksiyaçılar saxlanıldı -FOTOLAR

Yerevanda Paşinyanın istefasını tələb edən aksiyaçılar saxlanıldı -FOTOLAR
Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar davam edir.

Sfera.az"Sputnik Armeniya”ya istinadən xəbər verir ki, növbəti aksiyalardan biri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin binası önündə keçirilib. Nümayişçilər özləri ilə simvolik olaraq saat və ətir gətirərək Paşinyanı daha çox itirdiyi bu əşyaların maraqlandırdığını bildiriblər.

Mitinqlərdə ictimai-siyasi şəxslər, fəallar, vəkillər və başqaları iştirak edirlər. Polis küçələri bağlamağa çalışan mitinq iştirakçılarını saxlayıb.

Xatırladaq ki, Nikol Paşinyan ötən ay "Facebook” səhifəsində iqamətgahında oğurluq olduğunu, kompüter, ətir və saatının oğurlandığını yazmışdı. O, bu məlumatı "Təbii ki, Vətən uğrunda” sözləri ilə paylaşmışdı.

Qeyd edək ki, Ermənistan müxalifəti 10 noyabr bəyannaməsini imzaladığı üçün Nikol paşinyanın istefasını tələb edir. Onlar baş nazirə istefaya getməsi üçün bu günədək vaxt qoymuşdular. Paşinyana verilən müddət bitdiyindən müxalifət bu gün vətəndaş itaətsizliyi çağırışı edərək yenidən aksiyalara başlayıb.
 






















OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...